Yeni mövsümün ikinci oyununa doğma meydança çıxırıq. Premyer Liqanın II turunda keçriləcək "Turan Tovuz" - "Şamaxı" oyunu üçün biletini al komandanı tribunadan dəstəklə!
Ümumi qaydalar:
Bilet yalnız qeyd edilən tarix və vaxtda, biletdə göstərilən yerdən istifadə hüququ verir.
Bilet müdiriyyətin və ya nəzarətçinin ilk tələbi əsasında təqdim edilir.
Bilet oyunun sonuna qədər saxlanılır.
Biletin geri qaytarılması yalnız tədbir baş tutmadığı təqdirdə mümkündür.
İtirilən biletlər bərpa edilmir.
QƏTİ SURƏTDƏ QADAĞAN OLUNUR:
Öz yerinə biletdə göstərilməyən qapıdan daxil olaraq keçmək.
İçəri hər hansı bir silah növü, deşici və kəsici əşyalar, şüşə və plastik qablarda içki, bərk bağlamalı qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq.
BİLETDƏN İSTİFADƏ QAYDALARI:
Stadiona giriş zamanı öz yerinə keçmək üçün biletdə göstərilmiş qapıdan içəri daxil olun.
Saxta bilet problemi ilə qarşılaşmamaq üçün biletləri stadionun kassasından və digər satış məntəqələrindən əldə edə bilərsiniz.
Orijinal holoqram və ştrix kodlu biletlər həqiqi sayılır.
Tədbirə gələnlər qaydalara riayət etməli, inventar və avadanlığı qorumalıdır.
Qaydaları pozan şəxslər biletin məbləği ödənilmədən stadiondan kənarlaşdırılacaq.
Təhlükəsizliyin təmin olunması üçün siz öz yerlərinizi tədbirin başlanmasından 2 saat əvvəl tutmalısınız.
Məkan
Tovuz Şəhər Stadionu, Heydər Əliyev küç., Tovuz, Tovuz rayonu, 0060, Azərbaycan